09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Antarktida haqqında təsəvvürünüzü köklü şəkildə dəyişəcək 20 FAKT

Antarktida haqqında təsəvvürünüzü köklü şəkildə dəyişəcək 20 FAKT
Antarktida haqqında təsəvvürünüzü köklü şəkildə dəyişəcək 20 FAKT


1. Ağıl dişinizi çıxarmamısınızsa, appendisitinizi kəsdirməmisinizsə, Antarktidada işləyə bilməzsiniz.

Bu, Antarktidada yerləşən stansiyalarda əməliyyatların keçirilməməsi ilə izah edilir. Məhz bu səbəbdən oraya getmək istəyirsinizsə, sağlam olsa belə ağıl dişinizi çıxarmalı, appendisitinizi kəsdirməlisiniz.[photo not found]


2. Antarktida planetin ən quru yeridir.

Yerdə ən quru yer Antarktidada yerləşir. Bu qitə "Quru Dərələr" adlanır.[photo not found]


3. Antarktidanın, bir çox digər dövlətlərdə olduğu kimi, (Avstraliya - .au, Almaniya - .de) özünə məxsus ali səviyyəli domeni var: .aq[photo not found]



4. 53 milyon il əvvəl Antarktida o qədər isti yer olub ki, onun sahili boyunca palmalar bitib.

Burada temperatur 20 dərəcədən yuxarı qalxıb.[photo not found]


5. "Metallika" musiqi qrupu Antarktidada "Freeze ‘Em All" mahnısını ifa edib.

Bununla da, "Metallik" planetin bütün qitələrində konsert verən ilk qrup olub, belə ki, qrup bir il ərzində yeddi qitədə olub.[photo not found]


6. Qitədə atom-elektrik stansiyası (AES) fəaliyyət göstərir.

Burada ABŞ-a məxsus "Mak-Merdo" AES 1962-ci ildən fəaliyyət göstərir.[photo not found]


7. Qitədə yanğınsöndürmə komandası da var.

Komanda "Mak-Merdo" AES-in yanında yerləşir. Komanda peşəkar yanğınsöndürənlərdən ibarətdir.[photo not found]


8. Havanın rekord dərəcədə aşağı temperaturuna baxmayaraq, Antarktidada 1150 növ göbələk bitir.

Bu göbələklər ekstremal aşağı temperatura, davamlı şaxta və təkrarlanan mülayim havaya çox gözəl uyğunlaşıb.[photo not found]


9. Antarktidada Yerin bütün saat qurşaqları mövcuddur.

Saat qurşaqlarının müəyyənləşdirilməsi üçün istifadə edilən bütün uzunluq dairəsi xətləri iki qütbdə görüşür.[photo not found]


10. Antarktidada ağ ayılar olmur.

Onlar Arktika və ya Kanadada yaşayır.[photo not found]


11. Burada bar da var.

Planetin ən cənub hissəsində yerləşən bu bar Vernadskiy adına elmi-araşdırma stansiyasındadır.[photo not found]



12. Bütün müşahidə tarixi boyu Yerdə ən soyuq hava temperaturu 89.2 Selsi dərəcə olub.

Bu temperatur 1983-cü il iyulun 21-də qitədəki "Vostok" stansiyasında qeydə alınıb.[photo not found]


13. Antarktida planetin böyüklüyünə görə beşinci qitəsidir.

Onun sahəsi 14 milyon kvadratkilometr təşkil edir.
[photo not found]

14. Antarktidanın sahəsinin 99%-i buz altındadır.

Qitəni örtən buzlaq "Buz qalxan" adlanır.[photo not found]


15. Antarktida buzunun orta qalınlığı bir mil (1.6 kilometr) təşkil edir.

Dünyanın bütün içməli su ehtiyatının 70%-i bu qitədə cəmləşib.[photo not found]


16. Transantarktika dağları Antarktidanı şərq və qərb hissələrinə bölür.

Bu dağların uzunluğu təxminən 3500 kilometrdir ki, bu da onları dünyanın ən uzun dağ zəncirlərindən biri edir.[photo not found]


17. İnsanlar 1820-ci ildə aşkarlanana qədər Antarktidanın mövcudluğu barədə məlumata sahib olmayıblar.

Əvvəllər insanlar buranın qitə yox, adalar qrupu olduğunu düşünüblər.
[photo not found]

18. Norveçli tədqiqatçı Roald Amundsen Cənub qütbünə çatan ilk insandır.

O, cənub qütbünə 1911-ci il dekabrın 14-də çatıb və dövlətinin bayrağını buraya sancıb.[photo not found]


19. 1959-cu ildə 12 ölkə Antarktika anlaşmasını imzalayıb.

Həmin anlaşmaya əsasən, qitədə yalnız sülh məqsədləri ilə elmi-tədqiqat işləri aparıla bilər.

Bu gün bu anlaşma 48 ölkə tərəfindən imzalanıb.[photo not found]


20. Emilio Marko Palma Antarktidada dünyaya gələn ilk uşaq olub.

O, 1979-cu ilin yanvarında dünyaya gəlib. Bu, Antarktidanın bir hissəsinə iddia edən Argentinanın əvvəlcədən planlaşdırılmış aksiyası idi.[photo not found]
Maraqlı ve Meslehetli
Körpələrə nə qədər duz vermək olar?

Körpələrə nə qədər duz vermək olar?...

Maraqlı ve Meslehetli
Cümə günü, ayın 13-ü: ilin sonuncu "qara" günündən nəyi gözləmək olar?

Cümə günü, ayın 13-ü: ilin sonuncu...

Maraqlı ve Meslehetli
Əllərinizi nar ləkəsindən asanlıqla təmizləyəcək MƏHSUL

Əllərinizi nar ləkəsindən asanlıqla...

Maraqlı ve Meslehetli
Soyuq duş və dənizə girmək ürək xəstələrinə ziyandır - İnfarkt ola bilər

Soyuq duş və dənizə girmək ürək...

Maraqlı ve Meslehetli
Alimlər saçların ağarmasının səbəbini aşkar ediblər

Alimlər saçların ağarmasının...

Maraqlı ve Meslehetli
Bu dəfə tərsinə: Fironlardan "Simpsonlar" barədə "proqnoz" ortaya çıxdı

Bu dəfə tərsinə: Fironlardan...

Комментарии (0)