DataLife Engine / Dünyanın sonunu gəldikdə bu ölkələr sağ qalacaq

Dünyanın sonunu gəldikdə bu ölkələr sağ qalacaq

Elm adamları ətraf mühitə dəyən zərərin artması səbəbindən dünyanın sonunun mümkün olduğunu bildiriblər.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər iqlim dəyişikliyi, epidemiyalar, ekoloji fəlakətlər və süni intellekt kimi bir çox faktorun dünyanın sonunu gətirəcəyinə inanırlar. Alimlər mümkün qiyamət ssenarisindən sağ çıxacaq ölkələrlə bağlı araşdırma aparıblar.
"Covid-19" kimi böyük fəlakətlərdən sonra sonun daha yaxın olduğunu ifadə edən mütəxəssislər, "Sustainability" jurnalında dərc olunan araşdırmada Yeni Zelandiyadakı sığınacaqların mümkün bir fəlakət ssenarisində ən təhlükəsiz yer ola biləcəyini söyləyiblər. Bunun səbəbi isə Yeni Zelandiyanın geotermal enerji, az əhali sayı və böyük kənd təsərrüfatı torpaqlarının olması ilə əlaqələndirilib.
Siyahıda İslandiya, İrlandiya və Avstraliya kimi ölkələr də yer alıb. İngiltərənin siyahıya da yer almaması mütəxəssislər arasında çaşqınlıq yaradıb.

21-07-2023, 10:42
Вернуться назад