DataLife Engine / Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi

Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi

Moskvada model yalnız kiçik ölçülərdə - XS, S və M paltarlar satan mağazanı məhkəməyə verib. O, iddiasında kök qızlara qarşı ayrı-seçkiliyə görə 1 milyon rubl (təxminən 18 min 300 manat) mənəvi təzminat tələb edir.


Lent.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, 27 yaşlı böyük ölçülü model Diana "Afimall" ticarət mərkəzində alış-veriş edirmiş. Bu zaman o, "TATIKA" butikinə gedib. Əvvəlcə orada satılan üslubları bəyənib. Bəyəndiyi paltarı geyinmək istəyərkən isə mağazada L ölçüsünü tapa bilməyib. Satıcılar ona maksimum M təklif edə biləcəklərini söyləyiblər.


Diana əvvəlcə şikayətlər kitabına qəzəbli rəy yazıb, sonra isə vəkil tutaraq məhkəməyə gedib. Model ona vurulan mənəvi iztirablara görə təzminat almaq niyyətindədir. Aldığı pulla isə qarderobunu əyri bədənli qızların hüquqlarını pozmayan mağaza qurmağı planlaşdırır.

26-10-2023, 04:00
Вернуться назад