DataLife Engine / Uzun ömrün sirri bu qadındadır?

Uzun ömrün sirri bu qadındadır?

Dünyanın ən yaşlı insanı ispaniyalı Maria Branyasın 116 yaşı var.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, yaşına görə eşitmə itkisi və yerimə çətinliyindən başqa səhhətində problem yoxdur. Onun nə ürəyi, nə də yaddaş problemi yoxdur. Hətta 4 yaşından bəri yaşadığı əhvalatları dünən olmuş kimi danışa bilir. 2020-ci ildə koronavirusa yoluxmuş Mariya Branyas xəstəlikdən problemsiz xilas olub.


Uzun yaşamaq istəyənlərə "zəhərli insanlar" həyatlarından uzaqlaşdırmağı və "həddindən artıq şeylərdən" uzaq durmağı tövsiyə edən Maria Branyas, artıq uzun ömrün sirrini tədqiq edən elmi araşdırmanın bir hissəsidir.


Yaşlı qadının genlərinin uzunömürlülüyünə təsirini müəyyən etmək üçün onun DNT-si araşdırılır. Ailəsində 90 yaşdan yuxarı insanı olan yaşlı qadının DNT-si uzun ömür sürməyin sirrini ortaya çıxarsa, bundan uzun müddətdə digər insanların ömrünü uzadacaq dərmanların istehsalında istifadə oluna bilər.

26-10-2023, 19:05
Вернуться назад