DataLife Engine / Asta, yoxsa sürətli addımlar? - Yerişimiz IQ göstəricisi imiş

Asta, yoxsa sürətli addımlar? - Yerişimiz IQ göstəricisi imiş

Yeriş və intellekt səviyyəsi arasında aydın bir əlaqə var.

Belə ki, ayaqlarını sürüyərək gəzənlərin IQ-su enerjili addımı olanlardan 1/3 daha aşağıdır.

İnsan Davranışı Tədqiqat İnstitutunun bir qrup alimi uzunmüddətli araşdırmadan sonra bu qənaətə gəliblər.

Tədqiqat üçün 10 mindən çox könüllü ilə eksperiment aparılıb.

"Yeriş və intellekt arasında belə güclü bir korrelyasiya tapmaq bizi heyrətləndirdi. Bu kəşf insan davranışı haqqında anlayışımızı tamamilə dəyişə və hətta intellektual qabiliyyətləri qiymətləndirmə metodlarına təsir edə bilər", - deyə tədqiqatın rəhbəri bildirib.

Alimlərin fikrincə, aşağı intellekt səviyyəsi olan insanlarda beynin hərəkət koordinasiyasına təsir edən sahələrində daha az aktivlik ola bilər./Oxu.az


6-07-2024, 08:54
Вернуться назад