DataLife Engine / Kaktusların monitorlardan radiasiya udması ilə bağlı mifin yaradıcısı vəfat edib

Kaktusların monitorlardan radiasiya udması ilə bağlı mifin yaradıcısı vəfat edib

Kaktuslar və kompüterlərdən gələn təhlükəli radiasiya haqqında mifin müəllifi Aleks Yanq dünyasını dəyişib.

Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, o, avqustun 22-də dünyasını dəyişib. Son illərdə Yanq xəstəlik fonunda yaranan depressiyadan əziyyət çəkib. O, hətta sevdiklərindən, qohumlarından uzaqlaşıbmış.

Qeyd edək ki, 1980-ci illərin sonunda Yanq və fizika fakültəsinin digər tələbələri zarafat etmək istəyiblər. Onlar kaktusların monitorun qarşısında qoyulan zaman kompüterlərin böyük monitorlarından gələn bütün şüaları necə udduğuna dair məqalə dərc ediblər. Nəticədə mif bütün ölkəyə, daha sonra isə dünyaya yayılıb.

İndi hər kəs kaktusların bu faydası haqqında materialın saxta olduğunu bilir. Bununla belə, tikanlı bitkilər əkilmiş dibçəklərin monitorlar qarşısına qoyulması ənənəsi günümüzdə də davam edir.


23-08-2024, 13:11
Вернуться назад