DataLife Engine / 1941-ci ildə çəkilən fotoda əlində "iPad" tutan oğlanı görənlər gözlərinə inanmadı

1941-ci ildə çəkilən fotoda əlində "iPad" tutan oğlanı görənlər gözlərinə inanmadı

Sosial şəbəkələrin istifadəçiləri 1941-ci ildə çəkilmiş fotoşəkildə iPad planşetini görüblər.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bəzi insanlar bunun zaman səyahətçilərinin mövcudluğunun növbəti sübutu olduğuna inanırlar.

1941-ci ildə çəkilən fotoda əlində "iPad" tutan oğlanı görənlər gözlərinə inanmadı


KİV-in məlumatına görə, Edvin Rosskamın 1941-ci ildə Çikaqoda çəkdiyi fotoşəkildə kinoteatrın qarşısında sıraya düzülmüş bir qrup uşaq əks olunub. Fotonun ən sağ küncündə olan yeniyetmələrdən birinin əlində düzbucaqlı formada olan obyekt izləyicilərə iPad-i xatırladıb. Bu təfərrüat bir çox şərhçinin şəkildə zamana səyahətin olduğunu düşünməsinə səbəb olub.

"Böyütsəniz, görərsiniz ki, bu, "kitab" və ya "notepad" üçün çox böyük şəkildir və arxa tərəfdə ikonik Apple loqosunun nəyə bənzədiyini görə bilərsiniz", - istifadəçilər yazır.

Lakin müzakirədə iştirak edənlərin heç də hamısı bu fikirdə deyil. Digər insanlar yeniyetmənin əlində adi bir kitab tutduğuna qərar veriblər.


13-09-2024, 09:37
Вернуться назад