DataLife Engine / Dünyanın ən reytinqli muzeyləri BUNLARDIR

Dünyanın ən reytinqli muzeyləri BUNLARDIR

Dünyanın ən reytinqli muzeyləri BUNLARDIR


Sosial şəbəkələrdə ən populyar muzeylərin reytinqi yer alıb.

BiG.AZ bildirir ki, həmin muzeylər aşağıdakılardır:

Siyahıda 1-ci yeri ən çox ziyarət edilər Luvr muzeyi tutur. Ekspertlərin fikrincə Parisdə yerləşən muzeyin daha çox ziyarət edilməsinə səbəblərdən biri dünyaca məşhur müğənni Beyons və repçi Jay-Z-nin orada klip çəkdirməkləridir.
Ötən il muzeyi 10 milyondan çox adam ziyarət edib.

İkinci yerdə Pekində yerləşən Çin Milli Muzeyi durur. Muzeyi 8.6 milyon adam ziyarət edib.

Üçüncü yerdə Nyu-Yorkda yerləşən Metropoliten muzeyi var. Muzeyin ziyarətçilərinin sayı 7 milyona çatıb.

Top 10-da növbəti yerlərdə Vatikan muzeyi, Londonda yerləşən Teyt Müasir Qalereya Muzeyi, London Milli Qalereyası, Vaşinqtonda yerləşən Milli İncəsənət Qalereyası, Peterburqda yerləşən Ermitaj və Londonda yerləşən Viktoriya və Albert Muzeyi qərarlaşıblar.
13-04-2019, 17:53
Вернуться назад