09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İrlandiya səmasında müəmmalı qırmızı "köpük"

İrlandiya səmasında müəmmalı qırmızı "köpük"
İrlandiya səmasında müəmmalı qırmızı "köpük"


İrlandiyalı həvəskar astronom Ralf Smit öz teleskopu ilə Yer kürəsindən 9.200 işıq ili məsafəsində, Kassiopeya bürcündə yerləşən "Köpük dumanlığı"nın şəklini çəkib.

MAY.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, Smit bu məsafəni bütün "Samanyolu" ərazisinə nisbət o qədər də böyük hesab etmir, çünki doğma qalaktikamızın diametri 100 min işıq ilinə bərabərdir.

Dumanlıq qırmızı rəngdədir. Kimyaçı olan astrofotoqraf buludun hidrogendən ibarət olduğunu və əhatə etdiyi ulduzun enerjisinin təsiri altında daim böyüdüyünü bildirib.

56 yaşlı Smit bu maraqlı fotonu öz evinin həyətində, iki geçə ərzində çəkib. O, Şimali İrlandiyada əsasən buludlu hava şəraiti olduğunu nəzərə alaraq, belə bir nəticəni əldə etdiyi üçün özünü çox şanslı hesab edir.

Həvəskar astronom, uşaqlıqdan gecə səmasını seyr etməyi sevdiyini, lakin illərlə bu hobbi üçün sadəcə boş vaxtının olmadığını bildirib.

Qeyd edək ki, "Köpük dumanlığı" həmçinin "NGC 7635" adıyla tanınır. Onun daxilindəki ulduz çox böyük və Günəşdən 4000 dəfə daha parlaqdır. Bu cür ulduzlar özlərindən daim güclü maddələr ixrac edir. Nəticədə bənzər dumanlıqlar meydana gəlir.

Natəvan Baxşiyeva
Foto
Şeyma döyməsi ilə gündəm oldu - Foto

Şeyma döyməsi ilə gündəm oldu - Foto...

Foto
Kompüteriniz üçün maraqlı şəkillər (Fotolar)

Kompüteriniz üçün maraqlı şəkillər...

Foto
"Qarabağın məşhur müəllimləri" - Əliyar Əliyev

"Qarabağın məşhur müəllimləri" -...

Foto
25 min il öncə yaşayan 3 metr boyu olan adamlar tapılıb - FOTO

25 min il öncə yaşayan 3 metr boyu...

Foto
Azərbaycanlı keçmiş aparıcının FOTOLARI YAYILDI

Azərbaycanlı keçmiş aparıcının...

Foto
Nəsrin makiyajsız fotosunu paylaşdı

Nəsrin makiyajsız fotosunu paylaşdı...

Комментарии (0)