11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Məni diskotekada görə bilməzsiniz" - Samira

"Məni diskotekada görə bilməzsiniz" - Samira
"Məni diskotekada görə bilməzsiniz" - Samira


Lazım bildiyim yerlərə gedib, çıxış edirəm. Məni də efirlərə çağırırlar. Amma özümə sərhəd qoymuşam. Sənət sıfır dərəcəsindədir, çıxım efirlərdə nə haqda danışım? Yaxşı ki, sosial şəbəkə var, klip çəkdirdim, orada yerləşdirdim. Kiməsə söz atmaq mənim xasiyətimə uyğun deyil.

MAY.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Samira ƏliMəryəm deyib. Sənətçi gündəmdən uzaqlaşmasından bəhs edib. samira efirlərdə yer alan bayağı ifaçıları tənqid edib:

"Mənimlə yanaşı bayağı ifaçıları da efirə dəvət edirlər. Bu, təkcə Azərbaycanda yox, dünyada qlobal problemə çevrilib. Efirlərdə sənət yox, şəxsi həyatın danışılması üstünlük təşkil edir. Kim 10 il əvvəl bilərdi ki, sosial şəbəkə aktiv olacaq? Ağlasığmaz paylaşımlar milyon baxış yığacaq? Mənim deməyimlə olmur, istəyən bayağı ifaçını efirə yenə çağıracaq. Elə sənətkarlar bundan şikayət edib ki... Kimin sözü eşidilib?

Dövlət kanalı dəvət edir, gedirəm. Orada sərhəd var. Kimləsə dalaşmısansa, məişət problemlərin, şəxsi həyatın pərdə arxasında qalır. Müğənni çıxıb sənətini göstərir. Həmin kanallara sərbəst çıxıram. Başqa kanallara gedirsən, filankəs onu dedi, başqası bunu. Kimə lazımdır? Mədəniyyəti təbliğ edirəmsə, məişət söhbətim niyə danışılmalıdır?".

Samira "Geri çəkilməyiniz toy sifarişlərinizi azaltmayıb" sualına belə cavab verib:

"Sosial şəbəkələr var, insanlar baxıb görür. Milyonlar qazanmıram, toy bazarında çalışan deyiləm. Kim çalışır, Allah canını sağ etsin. Məkanları olan tanışlarım var ki, məclisinə dəvət edir. Ayaqüstəyəm, yıxılmamışam. Mən və bir çox sənət dostlarım pul naminə gəlmədik. Gedib toyda oxuya bilmərəm? Mənim də ona istedadım çatır. Axı o pul boğazımdan keçməyəcək. Mən başqa musiqi ilə böyüyüb, öyrəndim. Etibarlı, sadiq insanam. Mənim 20-30 illik dostlarım var. Məni diskotekada görə bilməzsiniz, özümə qapanan biriyəm".
Foto
Keçmiş "Playboy" ulduzu şikayətləndi: "Yarıçılpaq şəkillərimi paylaşmaq istəyirəm, silirlər"

Keçmiş "Playboy" ulduzu...

Foto
"Titanik"dəki yaşlı qadın cavanlıqda BELƏ OLUB - Cek onu görsə, Rouza tərəf baxmazdı - FOTOLAR

"Titanik"dəki yaşlı qadın...

Foto
Selena rəy yazdı deyə şəklini sildi

Selena rəy yazdı deyə şəklini sildi...

Foto
ATV-nin aparıcısı göbəyi açıq geyimi ilə DİQQƏT ÇƏKDİ - FOTO

ATV-nin aparıcısı göbəyi açıq...

Foto
İllər ərzində sanki fərqli insanlara çevrilən ULDUZLAR - FOTO

İllər ərzində sanki fərqli...

Şou-biznes / Foto
Aygün Kazımovadan müzakirələrə səbəb olan - Fotolar

Aygün Kazımovadan müzakirələrə...

Комментарии (0)