DataLife Engine / Hamiləliyi boyu "Kurtlar Vadisi"ni İZLƏDİ: Uşağı "Tombalacı Mehmet"in KOPYASIDIR - FOTOLAR

Hamiləliyi boyu "Kurtlar Vadisi"ni İZLƏDİ: Uşağı "Tombalacı Mehmet"in KOPYASIDIR - FOTOLAR

Türkiyənin ən məşhur seriallarından biri olan Kurtlar Vadisi yenidən gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən əbər verir ki, serialı sevərək izləyən bir ana körpəsini serialdakı Tombalacı Mehmetə bənzədib. Qadın bildirib ki, hamiləliyi boyu Kurtlar Vadisi serialını izləyib. Sonra isə övladının fotosunu paylaşaraq bu ifadələrə yer verib:

"Hamilə olan vaxtı mən bu serialı çox izlədim. Ayrıla bilmirdim. "Kurtlar Vadisi"ni seyr edərkən uşağımın Tombalacıya oxşayacağını haradan bilə bilərdim?".

Görüntülər isə sosial şəbəkələrdə yayılmağa başladı. Körpənin Tombalacı Mehmet obrazını canlandıran aktyor Mehmet Çolakla oxşarlığı görənləri heyrətə gətirib. Sosial şəbəkə istifadəçiləri isə "Birə-bir kopyasıdır", " Ümid edirəm ki, onun kimi yaxşı sənətkar olar" şərhini yazıblar.

Həmin fotoları təqdim edirik:

Hamiləliyi boyu "Kurtlar Vadisi"ni İZLƏDİ: Uşağı "Tombalacı Mehmet"in KOPYASIDIR - FOTOLAR

29-08-2024, 09:22
Вернуться назад