09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədi

İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədi
İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədi


İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra yerli mətbuata açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycanın mülki əhalisinin yaşadığı məntəqələrin atəşə tutmasını Cenevrə konvensiyalarının pozulması kimi qiymətləndirib.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, italyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

İtalyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın "İl Tempo", "Agenzia Nova", "Politicamente Corretto", "Adnkronos", "Fortune İtalia", "Maxim İtalia", "Notize Yahoo", "Libero Quotidiano", "TW News" kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın "Agenzia Nova" xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldi son saatlar Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib. Deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcək.
Siyasət
Erməni KİV: "Paşinyanın seçimi erməni xalqının tamamilə məhvi deməkdir"

Erməni KİV: "Paşinyanın seçimi...

Siyasət
Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?

Azərbaycanda icra hakimiyyətləri...

Siyasət
Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdir

Görülən işlər insanların azad...

Siyasət
"İndi bu uşaq mənə iradlar tutur" - Deputatlar arasında DAVA

"İndi bu uşaq mənə iradlar tutur" -...

Siyasət
Hikmət Hacıyev: "15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır"

Hikmət Hacıyev: "15 yaşınadək...

Siyasət
Ərdoğan daha bir qurumu ləğv etdi

Ərdoğan daha bir qurumu ləğv etdi...

Комментарии (0)