09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

ABŞ generalı Ermənistanın mülki əhalini hədəf almasını qınadı

ABŞ generalı Ermənistanın mülki əhalini hədəf almasını qınadı
ABŞ generalı Ermənistanın mülki əhalini hədəf almasını qınadı


“Ermənistanın Azərbaycan şəhərlərini, əhəmiyyətli obyektlərini və ərazilərini hədəf alması güc tətbiqinin əhatəsinin genişlənməsidir”.

“MediaPost” Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir ki, bunu ABŞ Ordusunun general-mayoru, təqaüddə olan hərbçi Maykl Repas (Michael Repass) bildirib.

“Xüsusilə də Ermənistanın Azərbaycan şəhərlərini qəsdən hədəfə alması müharibənin şiddətinin və miqyasının artdığını göstərir”, - ABŞ hərbçisi vurğulayıb.

O qeyd edib ki, bu hətta mülki əhaliyə də daha çox zərbə vurmağa hazır olduğunun potensial siqnalıdır.

ABŞ hərbçisi vurğulayıb ki, Ermənistanın münaqişə zonasından kənarda mülki hədəflərə hücum etməsi və bunun üçün ölümcül silahlardan istifadə etməsi münaqişənin şiddətində şaquli artımdır:

“Ermənistan həm də hücumların coğrafi əhatəsini genişləndirərək münaqişəni üfüqi şəkildə artırdı. Xüsusilə də bu uzaq mənzilli, yüksək dağıdıcı gücə malik raketlərin Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən atıldığı bildirilir və hədəflər münaqişə zonasından kənardır”.
Siyasət
Erməni KİV: "Paşinyanın seçimi erməni xalqının tamamilə məhvi deməkdir"

Erməni KİV: "Paşinyanın seçimi...

Siyasət
Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?

Azərbaycanda icra hakimiyyətləri...

Siyasət
Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdir

Görülən işlər insanların azad...

Siyasət
"İndi bu uşaq mənə iradlar tutur" - Deputatlar arasında DAVA

"İndi bu uşaq mənə iradlar tutur" -...

Siyasət
Hikmət Hacıyev: "15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır"

Hikmət Hacıyev: "15 yaşınadək...

Siyasət
Ərdoğan daha bir qurumu ləğv etdi

Ərdoğan daha bir qurumu ləğv etdi...

Комментарии (0)