09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Prezident: "Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır"

Prezident: "Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır"
Prezident: "Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır"


"Düşünürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir".

MAY.AZ xəbər verir ki, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən Dövlət Katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, "diplomatik həll yoxdur" kimi bəyanatlar yanlış və təhlükəlidir.

İkincisi, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir", - deyə Azərbaycan Prezidenti bildirib.
Siyasət / Dünya
Makron xalqını təhqir etdi: "Dərisi ağ olmayan bu insanlar…"

Makron xalqını təhqir etdi: "Dərisi...

Xeberler / Siyasət
Prezident işğaldan azad edilən kəndlərin adlarını AÇIQLADI

Prezident işğaldan azad edilən...

Siyasət
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dağlıq Qarabağdakı vəziyyəti...

Siyasət
Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Paşinyan: Ermənistan xalqı döyüşmək...

Siyasət
Siyavuş Novruzovdan SENSASİON MÜRACİƏT

Siyavuş Novruzovdan SENSASİON...

Siyasət
ABŞ-da türkofob senator və onun erməni arvadı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-da türkofob senator və onun...

Комментарии (0)