11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Prezident: "Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi"

Prezident: "Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi"
Prezident: "Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi"


"Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər".

MAY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Belə bir hadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi.

Biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır", - deyə ölkə başçısı bildirib.
Siyasət
"FHN və Gömrük Komitəsi ləğv edilsin" (Ekspertlər)

"FHN və Gömrük Komitəsi ləğv...

Siyasət
İrandakı İngiltərə səfiri kütləvi aksiyalara qatıldığı üçün həbs edildi

İrandakı İngiltərə səfiri kütləvi...

Siyasət
İlham Əliyev: "Yaxın on ildə biz daha güclü olacağıq"

İlham Əliyev: "Yaxın on ildə biz...

Siyasət
Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI

Ərdoğan Fransa mallarını boykot...

Siyasət
Peskov: "Dünya bundan sonra ABŞ-ın ətrafında dönməyəcək"

Peskov: "Dünya bundan sonra ABŞ-ın...

Siyasət
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Kanadanın...

Комментарии (0)