09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Hikmət Hacıyev: "Fransa deputatlarının erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil"

Hikmət Hacıyev: "Fransa deputatlarının erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil"
Hikmət Hacıyev: "Fransa deputatlarının erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil"


"Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır".

MAY.AZ xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.

İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.

Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.

Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik", - o qeyd edib.
Siyasət / Dünya
Makron xalqını təhqir etdi: "Dərisi ağ olmayan bu insanlar…"

Makron xalqını təhqir etdi: "Dərisi...

Xeberler / Siyasət
Prezident işğaldan azad edilən kəndlərin adlarını AÇIQLADI

Prezident işğaldan azad edilən...

Siyasət
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dağlıq Qarabağdakı vəziyyəti...

Siyasət
Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Paşinyan: Ermənistan xalqı döyüşmək...

Siyasət
Siyavuş Novruzovdan SENSASİON MÜRACİƏT

Siyavuş Novruzovdan SENSASİON...

Siyasət
ABŞ-da türkofob senator və onun erməni arvadı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-da türkofob senator və onun...

Комментарии (0)