09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır


Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub.

"Report" xəbər verir ki, mərasim zamanı Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Qeyd olunub ki, Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri konsulu vəzifəsinə təyin olunan Mehrəli Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakultəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur SAP və DeGolyer & MacNaughton Corporation şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.
Siyasət / Dünya
Makron xalqını təhqir etdi: "Dərisi ağ olmayan bu insanlar…"

Makron xalqını təhqir etdi: "Dərisi...

Xeberler / Siyasət
Prezident işğaldan azad edilən kəndlərin adlarını AÇIQLADI

Prezident işğaldan azad edilən...

Siyasət
ABŞ Dağlıq Qarabağdakı vəziyyəti şərh edib

ABŞ Dağlıq Qarabağdakı vəziyyəti...

Siyasət
Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Paşinyan: Ermənistan xalqı döyüşmək...

Siyasət
Siyavuş Novruzovdan SENSASİON MÜRACİƏT

Siyavuş Novruzovdan SENSASİON...

Siyasət
ABŞ-da türkofob senator və onun erməni arvadı barədəki istintaqın təfərrüatı məlum olub

ABŞ-da türkofob senator və onun...

Комментарии (0)