11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Dövlət müstəqilliyinin bərpası və onun qorunub saxlanılması

Dövlət müstəqilliyinin bərpası və onun qorunub saxlanılması

XX əsrin sonlarında sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Artıq yaxın onilliklər ərzində dünyanın siyasi xəritəsində yeni yarana biləcək müstəqil dövlətlərin meydana çıxacağı labüd idi. Baş verən proseslərdən Azərbaycan da kənarda qalmadı və həmin proseslərin fəal iştirakçısına çevrilirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı" nı qəbul etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu və dövlət müstəqilliyi yenidən bərpa olundu.
Şübhəsiz ki, müstəqilliyi qazandıqdan sonra onun qorunub saxlanılması daha çətin vəzifədir. Lakin, müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər bu mürəkkəb vəzifənin öhdəsindən gələ bilmirdi. Ölkədə yaranmış qeyri-sabit vəziyyətin, vətəndaş qarşıdurmasının qarşısını yalnız dahi şəxsiyyət Heydər Əliyev ala bildi. Beləliklə, Azərbaycan cəmiyyətinin istəyi və tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə ikinci dəfə hakimiyyətə qayıtmaqla ictimai-siyasi sabitliyi bərqərar etməyə nail oldu. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioriteti kimi müəyyənləşdirdi.
Qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət sisteminin yaradılması idi. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalanması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır.
Bu gün Ümumilli Liderin siyasi xəttini onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirməkdədir. Məhz ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində bu il dövət müstəqilliyimizin bərpasının otuzuncu ilini digər illərdən fərqli olaraq qalib xalq və ərazi bütövlüyünü bərpa etmiş dövlət olaraq qeyd edirik.
Aysel Mənsimova – YAP üzvü
Siyasət
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb

Rusiya Prezidenti Vladimir Putinin...

Siyasət
Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO

Hikmət Hacıyevdən ermənilərin yayıb...

Siyasət
Putin: "Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil"

Putin: "Çinlə hərbi-texniki...

Siyasət
Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI

Ərdoğan Fransa mallarını boykot...

Siyasət
Зеленский отреагировал на массированный ракетный обстрел Украины

Зеленский отреагировал на...

Siyasət
Rusiya XİN rəhbəri: "Bakı və Yerevena səfərin nəticələri Putinə təqdim ediləcək"

Rusiya XİN rəhbəri: "Bakı və...

Комментарии (0)