11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir

Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə imzalamışlar.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Bunlar iki dövlət başçısı arasındakı görüş zamanı xüsusi vurğulanıb.
Ölkəmizin milli maraqlarına tam uyğun olan 43 maddəlik Moskva bəyannəməsində hər iki ölkənin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. Bəyannamədə, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi ölkə başçısı cənab İlham Əliyevin dahi siyasətçi olduğunu bir daha təsdirlədi.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Siyasət
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb

Rusiya Prezidenti Vladimir Putinin...

Siyasət
Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO

Hikmət Hacıyevdən ermənilərin yayıb...

Siyasət
Putin: "Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil"

Putin: "Çinlə hərbi-texniki...

Siyasət
Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI

Ərdoğan Fransa mallarını boykot...

Siyasət
Зеленский отреагировал на массированный ракетный обстрел Украины

Зеленский отреагировал на...

Siyasət
Rusiya XİN rəhbəri: "Bakı və Yerevena səfərin nəticələri Putinə təqdim ediləcək"

Rusiya XİN rəhbəri: "Bakı və...

Комментарии (0)