09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

AŞPA-da azərbaycanlı girovların azadlığa buraxılması məsələsi qaldırıldı

AŞPA-da azərbaycanlı girovların azadlığa buraxılması məsələsi qaldırıldı
AŞPA-da azərbaycanlı girovların azadlığa buraxılması məsələsi qaldırıldı


Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı törədilən vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmə fotolarını, Ermənistanın onlara qarşı göstərdiyi vəhşiliyi əks etdirən fotoları nümayiş edib və Nazirlər Komitəsi qarşısında Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi və beynəlxalq çağırışlara da məhəl qoymayaraq azad etmədiyi Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb.

Millət vəkili həmçinin rəsmi İrəvanın AŞPA qətnamələrinə də məhəl qoymayaraq öz evlərinə dönmələrinə izn vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqlarının pozulması məsələsini də qaldırıb və Andres Samuelsə sualla müraciət edib: “Nazirlər Komitəsinin yeni sədri kimi neçə aylardır Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. Bu istiqamətdə hansı addımlar atacağınızı gözləyə bilərlər? Eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir öz evlərinə dönə bilmirlər. Bir sədr kimi sizdən də dəstək gözləyən bu insanlara buradan nə söyləmək istərdiniz?”

Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT Minsk Qrupunun səlahiyyətləri daxilindədir deyən AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.
Siyasət
İlham Əliyev ABŞ rəsmisi ilə görüşdü

İlham Əliyev ABŞ rəsmisi ilə görüşdü...

Siyasət
Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri

Strateji əhəmiyyətə malik...

Siyasət
Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar

Lavrovla Mirzoyan demarkasiya...

Siyasət
Navalnının ölümü ilə bağlı dəhşətli detallar AÇIQLANDI

Navalnının ölümü ilə bağlı dəhşətli...

Siyasət
Rusiya Türkiyə ilə viza rejimini dayandırdı

Rusiya Türkiyə ilə viza rejimini...

Siyasət
Netanyahu Qəzzada atəşkəsin şərtini açıqladı

Netanyahu Qəzzada atəşkəsin şərtini...

Комментарии (0)