11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İlham Əliyevin sifariş etdiyi “Togg” avtomobilinin XÜSUSİYYƏTLƏRİ

İlham Əliyevin sifariş etdiyi “Togg” avtomobilinin XÜSUSİYYƏTLƏRİ
Bir neçə gün bundan öncə təqdimatı edilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti İlham Əliyev olub.
Türkiyə mətbuatında dərc olunan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı zamanı iki avtomobil istədiyini söyləyib:
“Telefon danışığımız zamanı da bunu xatırlatdı”.
Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Türkiyənin ilk milli elektrik avtomobili “Togg”un istehsalı üçün tikilməkdə olan fabrik oktyabrın 29-da açılıb və satışlara isə fabrikdən çıxan ilk nəqliyyat vasitələrinin sertifikatlaşdırma prosesinin tamamlanmasından sonra, yəni 2023-cü ilin mart ayında başlanacağı bildirilib. 
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın bu barədə verdiyi məlumatlara əsasən, vətəndaşlar tərəfindən elektromobilin bəyənilməsi nisbəti artıq 95%-ə çatıb. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Qeyd edək ki, “Togg” markalı elektromobilinin ilk nümunələri İstanbulun cənubundakı Gemlik şəhərində yeni tikilən zavodun konveyerindən çıxıb. İlk nüsxəni brendin baş direktoru Gürkan Karakaş təqdim edib. Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. “Togg” avtomobilinin sükan arxasında ilk oturan şəxs də Ərdoğan olub.
Bildirək ki, elektromobil hələ ki Avropa standartlarına uyğunluq üçün sertifikatlaşdırma testlərindən keçməyib. Onun Türkiyədən kənarda da satışı planlaşdırılır.
Avtomobilin xüsusiyyətlərinə gəlincə, iki modifikasiyada - 200 və 400 at gücü olan elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxındır. “Togg” avtomobilləri elektriklə çalışır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib.
Xeberler / Siyasət
Hikmət Hacıyev: “Türkiyə, Pakistan və Macarıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”

Hikmət Hacıyev: “Türkiyə, Pakistan...

Siyasət
Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmir – RƏSMİ

Hüseynbala Mirələmovun oğlu su...

Siyasət
Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar

Lavrovla Mirzoyan demarkasiya...

Siyasət
"İndi bu uşaq mənə iradlar tutur" - Deputatlar arasında DAVA

"İndi bu uşaq mənə iradlar tutur" -...

Siyasət
Prezident: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"

Prezident: "Gümrüdəki bazadan...

Siyasət
Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdir

Görülən işlər insanların azad...

Комментарии (0)