11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir - Türkiyəli deputat

Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir - Türkiyəli deputat
Türkiyə müxalifətinin təmsil olunduğu "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi "böyük layihə" adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi "Yeni İpək Yolu" haqqında xəritə əks olunub.
Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi "Yeni İpək Yolu" layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.
Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yunus Kılıç məsələ ilə bağlı Modern.az-a bildirib ki, Türkiyənin Azərbaycanla əlaqələrini hazırda yüksək səviyyəyə çatdıran şəxslər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir.
"Azərbaycan və Türkiyənin əlaqələri qardaşlıqdan da öndədir. Əlaqələri yüksək səviyyədə davam etdirmək üçün ilk növbədə ölkələr arasında münasibətləri dərindən bilmək lazımdır. Kılıçdaroğlunun ölkələrimiz arasında əlaqələri gücləndirəcəyi şübhə altındadır. Bizim Kılıçdaroğlunun Türk dünyası ilə əlaqələri davam etdirməsinə dair şübhələrimiz var. Amma Türk millətinin onlara belə fürsəti verməyəcəyini də rahatlıqla deyə bilərəm", - TBMM üzvü vurğulayıb.
Deputat Kılıçdaroğlunun yayılan videoya görə üzr istəməli olduğunu bildirib:
"Xalq Kılıçdaroğlunun nə dediyini anlamaqda çətinlik çəkir. O, işinə yaradığı kimi danışır. Dövələtlərarası hüquq var, ona görə də belə danışmaq düzgün deyil. Kılıçdaroğlu tezliklə bu məsələyə aydınlıq gətirməlidir. Əgər yanlış başa düşülübsə, Azərbaycandan üzr istəməsi lazımdır. Digər tərəfdən Kılıçdaroğlu eyham vurur ki, əlaqələr daha fərqli olacaq. Amma bildirməliyik ki, bizim əlaqələr pis deyil ki, yaxşı olsun".
Xeberler / Siyasət
Hikmət Hacıyev: “Türkiyə, Pakistan və Macarıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”

Hikmət Hacıyev: “Türkiyə, Pakistan...

Siyasət
Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmir – RƏSMİ

Hüseynbala Mirələmovun oğlu su...

Siyasət
Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar

Lavrovla Mirzoyan demarkasiya...

Siyasət
"İndi bu uşaq mənə iradlar tutur" - Deputatlar arasında DAVA

"İndi bu uşaq mənə iradlar tutur" -...

Siyasət
Prezident: "Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir"

Prezident: "Gümrüdəki bazadan...

Siyasət
Görülən işlər insanların azad edilən torpaqlara qayıdışını təmin ediləcəkdir

Görülən işlər insanların azad...

Комментарии (0)