11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verdi

Almaniyanın xarici işlər naziri Bakıda yalan bəyanat verdi
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı Xarici İşlər Nazirliyində mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.


Belə ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə "Real" Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.


Alman nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirib ki, o, bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.


Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakının mənzərə restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.
Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, o, bu görüşdən imtina edib.


Almaniya naziri anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.(oxu.az)
Siyasət
Cəmil Həsənli mitinqin təxirə salınmasını təklif edi

Cəmil Həsənli mitinqin təxirə...

Siyasət
Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır”

Sülhəddin Əkbər: “Heç bir panika...

Siyasət
Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

Dağlıq Qarabağ münaqişəsi keçmişdə...

Siyasət
Ah, yazıq Paşinyan, Putin də səni şillələdi

Ah, yazıq Paşinyan, Putin də səni...

Siyasət
Parlament seçkisində iştirak üçün 1508 nəfər müraciət edib

Parlament seçkisində iştirak üçün...

Siyasət
Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib

Ərdoğan Azərbaycana dəstək verən...

Комментарии (0)