11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

"Bu ölkələr (Banqladeş istisna olmaqla) dialoq tərəfdaşı statusunu müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsip etibarilə, bu məsələyə baxmağa, həmçinin müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə razılaşdırılaraq müəyyən bir nəticəyə gəlməyə hazırıq", - deyə Mehrdad Kiyaei bildirib.

O vurğulayıb ki, onlar əvvəlcə müşahidəçi statusu almalıdırlar, yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.

"Banqladeş dialoq tərəfdaşları sırasına daxil deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır", - deyə Mehrdad Kiyaei əlavə edib.


Siyasət
"FHN və Gömrük Komitəsi ləğv edilsin" (Ekspertlər)

"FHN və Gömrük Komitəsi ləğv...

Siyasət
İrandakı İngiltərə səfiri kütləvi aksiyalara qatıldığı üçün həbs edildi

İrandakı İngiltərə səfiri kütləvi...

Siyasət
İlham Əliyev: "Yaxın on ildə biz daha güclü olacağıq"

İlham Əliyev: "Yaxın on ildə biz...

Siyasət
Ərdoğan Fransa mallarını boykot etməyə ÇAĞIRDI

Ərdoğan Fransa mallarını boykot...

Siyasət
Peskov: "Dünya bundan sonra ABŞ-ın ətrafında dönməyəcək"

Peskov: "Dünya bundan sonra ABŞ-ın...

Siyasət
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Kanadanın...

Комментарии (0)