09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

Vətən müharibəsinin ilk günü baş verənlər - Altı ərazi işğaldan azad edildi

Vətən müharibəsinin ilk günü baş verənlər - Altı ərazi işğaldan azad edildi

Bu gün Vətən müharibəsinin başlanmasının dördüncü ildönümüdür. Bu gün bizi böyük və şanlı qələbəyə aparan tarixdir. Məhz bu tarix Azərbaycanın 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməsi üçün dönüş nöqtəsi oldu. Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən təmizlədi.

Qələbəyə doğru gedən yolda şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əsl tarix yazdı. 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi xəbərlərini aldıqca qəlbimizdəki Vətən nisgilinin yerini sevinc və qürur tutdu.

Müharibənin ilk günü Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatları ilə işğal altındakı altı ərazi azad edilib. Azərbaycan Ordusu üç istiqamətdə - Füzuli, Cəbrayıl və Kəlbəcərdə müharibənin ilk uğurunu qazanıb. Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan azad edilib. Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub. Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Lakin mənfur düşmən bu dəfə də öz ənənəsinə sadiq qalaraq mülki əhaliyə qarşı cinayətə imza atıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərinə davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutdu. Nəticədə Naftalanda bir ailənin beş üzvü həlak oldu. Düşmənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi onun faşist mahiyyətini dəyişmədiyini ortaya qoydu.

Erməni təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də Prezident İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edildi.

Təbii ki, müharibənin ilk günü itkisiz də ötüşmədi. Torpaqlarımızın azadlığı uğrunda qəhrəman əsgərlərimiz, hərbçilərimiz şəhidlik və qazilik mərtəbəsinə yüksəldilər. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci ilin 2 dekabrında imzaladığı sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd edilir.

Mərahim Nəsib

Siyasət
Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib

Azərbaycan və Türkiyə XİN...

Siyasət
Alen Simonyan: "Mənim üçün "Dağlıq Qarabağın prezidenti" deyə bir anlayış yoxdur"

Alen Simonyan: "Mənim üçün "Dağlıq...

Siyasət
Azərbaycanda icra hakimiyyətləri ləğv olunur?

Azərbaycanda icra hakimiyyətləri...

Siyasət
Amerikalı ekspert: "Azərbaycanda kadr islahatları milli maraqların möhkəmlənməsinə xidmət edəcək"

Amerikalı ekspert: "Azərbaycanda...

Siyasət
Ravvin İqael Yequdi: "Ermənistan ayıya yox, bizona hürmək qərarına gəldi"

Ravvin İqael Yequdi: "Ermənistan...

Siyasət
Cəbrayılın tarixində yeni səhifə

Cəbrayılın tarixində yeni səhifə...

Комментарии (0)