09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Paşinyan ən reytinqli məmuru istefaya göndərdi - Ölkə qarışdı

Paşinyan ən reytinqli məmuru istefaya göndərdi - Ölkə qarışdı
Paşinyan ən reytinqli məmuru istefaya göndərdi - Ölkə qarışdı


Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Vanetsyanın vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub.

Bildirilir ki, son günlər KİV nümayəndələri istefa ehtimalı barədə yazsa da, Baş nazir Nikol Paşinyanın bir neçə gün öncə mətbuat konfransındakı onu istefaya göndərəcəyi yönündə səsləndirdiyi müvafiq açıqlaması olduqca gözlənilməz olub. Daha sonra isə Ermənistan prezidenti müvafiq istefa ilə bağlı fərman imzalayıb.

Qeyd olunur ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalıb.

"Joqovurd" qəzeti yazır ki, Artur Vanetsyandan sonra müdafiə naziri David Tonoyan və ölkənin Baş Polis İdarəsinin rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək.

Qəzet hökumət dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə ən real namizəd Nikol Paşinyanın dostu Vaqe Kazaryaryandır.

O, polis rəisinin müavini, polis qüvvələrinin komandiridir. Bundan əlavə, bu posta keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.

"Təsadüfi deyil ki, dünən Milli Məclisdə ilk oxunuşda təhlükəsizlik orqanlarının rəhbərləri vəzifələrinə namizədlərin kvalifikasiyasında dəyişiklik qəbul edildi, Bu, baş nazirə nəinki, MTX-nin direktoru və ya polis idarəsinə rəis vəzifəsinə o sferadan olan mütəxəssisi, eyni zamanda 25 yaşı olan və 4 il davamlı olaraq ölkədə yaşayan hər bir Ermənistan vətəndaşını təyin etməyə imkan verəcək", - qəzet qeyd edib.
Siyasət
Nazir oğluna yeni vəzifə verildi

Nazir oğluna yeni vəzifə verildi...

Siyasət
Tarkan səs verdi

Tarkan səs verdi...

Siyasət
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər

ABŞ, Yaponiya və Cənubi Koreya...

Siyasət
Kəmaləddin Heydərov xanım polkovnik-leytenanta VƏZİFƏ VERDİ

Kəmaləddin Heydərov xanım...

Siyasət
Gürcüstandan Ermənistana növbəti cavab: "Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin"

Gürcüstandan Ermənistana növbəti...

Siyasət
Vəzifədən çıxarılan gömrük generalları haqda - Kəmaləddin Heydərovun sürücüsü, baytar və...

Vəzifədən çıxarılan gömrük...

Комментарии (0)