09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri istefa verdi
Gürcüstanın müdafiə naziri istefa verdi


Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli özünün istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, o, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib. Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir.

Tinatin Xidaşeli bir müddət əvvələ qədər hakim "Gürcü arzusu” koalisiyasının tərkibində olan Respublikaçılar Partiyasının üzvüdür. Onun nazir vəzifəsindən uzaqlaşacağı halda fəaliyyət istiqamətinin nədən ibarət olacağı, payızda keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edib etməyəcəyi məlum deyil.

Tinatin Xidaşelinin vəzifəsindən kənarlaşdırlacağı ilə bağlı fikirlər ötən ayın sonlarında xanım nazirin ölkədə məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalamasından sonra meydana gəlmişdi. T.Xidaşelinin hökumət, parlament və prezidentlə məsləhətləşmələr aparmadan belə bir qərar verməsi ölkə rəhbərliyinin narazılığı ilə qarşılanmışdı.

Xatırladaq ki, Gürcüstan tarixində ilk xanım müdafiə naziri olan Tinatin Xidaşeli 2015-ci il mayın 1-də prezident Giorgi Marqvelaşvili tərəfindən bu vəzifəyə təyin edilib.
Siyasət
Putin Stalini "ata" adlandırdı

Putin Stalini "ata" adlandırdı...

Siyasət
Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başladı

Cenevrədə Azərbaycan və Ermənistan...

Siyasət
İsrail ordusu Hizbullahın hərbi obyektlərinə hücum edib

İsrail ordusu Hizbullahın hərbi...

Siyasət
Ərdoğan: “Azərbaycan Türkiyə üçün böyük qürur mənbəyidir”

Ərdoğan: “Azərbaycan Türkiyə üçün...

Siyasət
Bu uşaq yarım milyon insanı öldürüb

Bu uşaq yarım milyon insanı öldürüb...

Siyasət
Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib

Bələdiyyə seçkilərini izləyəcək...

Комментарии (0)