11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib
Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib


Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərdən biri ləğv olunub.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na dəyişiklik edilib. Bu Qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Qaydaya əsasən indiyə qədər investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dəyişikliyə əsasən Nazirlər Kabinetinin bu sahədə səlahiyyəti ləvğ olunub. Bu sahədə səlahiyyət Azərbaycan prezidentinə məxsus olacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanına əsasən Nazirlər Kabineti investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli idi.
Siyasət
Cəmil Həsənli mitinqin təxirə salınmasını təklif edi

Cəmil Həsənli mitinqin təxirə...

Siyasət
Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır”

Sülhəddin Əkbər: “Heç bir panika...

Siyasət
Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb

Dağlıq Qarabağ münaqişəsi keçmişdə...

Siyasət
Ah, yazıq Paşinyan, Putin də səni şillələdi

Ah, yazıq Paşinyan, Putin də səni...

Siyasət
Parlament seçkisində iştirak üçün 1508 nəfər müraciət edib

Parlament seçkisində iştirak üçün...

Siyasət
Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib

Ərdoğan Azərbaycana dəstək verən...

Комментарии (0)