Azərbaycan müasir, demokratik ölkədir. O, ölkədir ki, burada bütün azadlıqlar təmin olunur.
May.Az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 11 aprel seçkilərinə də kölgə salmaq istəyənlərin cəhdləri iflasa uğradı:
“Həmin cəhdlər cəmiyyət tərəfindən qəbul olunmadı. Seçkilərdən sonra keçirilən etiraz aksiyasına da mindən artıq insan qatılmadı. Bu, onu göstərdi ki, xalq bizim siyasəti dəstəkləyir və başqa alternativ görmür”.