DataLife Engine / İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Pakistan ərazisinə daxil olarkən müşayiət üçün qırıcılar havaya qaldırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasında paylaşım edib.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!" - paylaşımda deyilir.


11-07-2024, 11:53
Вернуться назад