DataLife Engine / Məntəqə sədri: "Yaşlı seçicilərmiz 32 ildən sonra öz doğma torpaqlarında səs verəcəklər"

Məntəqə sədri: "Yaşlı seçicilərmiz 32 ildən sonra öz doğma torpaqlarında səs verəcəklər"

"Məntəqəmiz yeni yaradılıb, ilk dəfə seçicilərimiz burada səs verəcəklər".

Bunu "Report"a 118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin 73 saylı məntəqəsinin sədri Ceyhun Əbdilov deyib.

Onun sözlərinə görə, bura onların ilk qayıdışıdır:

"Qayıdışdan sonra bura səs verəcəyimiz ilk məntəqədir. Məntəqəmiz 1 saylı orta məktəbdə yerləşir. Bu il keçiriləcək parlament seçkisi ilə bağlı yaradılıb. Xocalıya köçürülən ailələr bu məntəqədə səs verəcəklər. 125 seçicimiz var. Onların üç nəfəri gəncdir və ilk dəfə səsvermə hüququndan istifadə edəcək. İki nəfər də yaşlı seçicimiz var, 32 ildən sonra öz doğma torpaqlarında səs verəcəklər".

Məntəqə sədri bildirib ki, 32 ildən sonra öz doğma torpaqlarında səs vermək sevindiricidir:

"Bu səbəbdən Ali Baş Komandana, şəhidlərə, qazilərimizə, hərbçilərimizə təşəkkür edirik ki, bu gözəl hissi bizə yaşadıblar".


26-08-2024, 09:53
Вернуться назад