DataLife Engine / Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər parlament seçkisində səs verə biləcəklər

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər parlament seçkisində səs verə biləcəklər

"Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə seçkidə səs verə biləcəklər".

Bunu "Report"a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb:

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər parlament seçkisində səs verə biləcəklər"Bu bizim üçün çox önəmli məqamdır. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq".

27-08-2024, 12:42
Вернуться назад