DataLife Engine / ABŞ səfirliyi: "Ermənistana öldürücü silahlar tədarük etmirik"

ABŞ səfirliyi: "Ermənistana öldürücü silahlar tədarük etmirik"

"ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük edib".

Bu barədə "Report"a ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.


27-08-2024, 13:01
Вернуться назад