DataLife Engine / Azərbaycanlı sürücü 500 dəfə qaydanı pozub

Azərbaycanlı sürücü 500 dəfə qaydanı pozub

Azərbaycanlı sürücü 500 dəfə qaydanı pozub


Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı sürücü 500 dəfə qaydanı pozub.


Kp.ru-nun xəbərinə görə, “Priore” markalı avtomobili idarə edən azərbaycanlı 2016-cı ildən cərimələri ödəməyib.

Videomüşahidə kameralarından məlum olub ki, o, 2016-cı ildən bu vaxta qədər 500 dəfə qaydanı pozub.

Avtomobilinə həbs qoyulan azərbaycanlı yenidən onu idarə edə bilmək üçün 256 min rubl (təxminən yeddi min manat) cərimə ödəməlidir.
17-12-2019, 19:38
Вернуться назад