11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda bayram şənliklərində rekord sayda insan iştirak edib

Bakıda bayram şənliklərində rekord sayda insan iştirak edib
Bakıda bayram şənliklərində rekord sayda insan iştirak edib


BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu ilki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar. Paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Park, əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib. Bayram günlərində hər tərəfdən musiqi sədaları eşidilirdi. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü.

Keçirilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq olub ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura qatılaraq onu sevinc və fərəh hissləri ilə izləyiblər.

Bayram tədbirlərinin yüksək səviyyədə təşkili işində böyük əmək sərf etmiş çoxlu sayda insanın da əməyini xüsusi olaraq qeyd etmək lazımdır. Şəhərin kommunal-təsərrüfat xidmətlətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, nəqliyyatçılar və bir sıra xıdmət sahələrinin işçiləri gücləndirilmiş reimdə çalışıblar. Bayram günlərində paytaxtda təmizlik tədbirlərinin görülməsi, asayişin təminatı, qonaqların mənzil başına komfort çatdırılması böyük əmək tələb edirdi.
Bütün gecəni xüsusi reimdə çalışan kommunal-təsərrüfat sahələri işçilərinin fədakar əməyi nəticəsində artıq yanvarın 1-i saat 06:00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü.

Bu bir daha onu sübut edir ki, paytaxtın kommunal xıdmətlərinin işi artıq daha yeni səviyyədə təşkil edilib.

Prezident İlham Əliyevin paytaxtın kommunal-təsərrüfatınin maddi texniki bazasının gücləndirilməsinə dair tapşırıqları və ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki tövsiyələrinə uyğun olaraq tələb olunan yeni xüsusi təyinatlı avtonəqliyyat vasitələri və texnika alınır, xidmətlər lazımi avadanlıqlarla təmin edilir, şəhərdə kommunal sahədə tətbiq edilən islahatlar isə öz bəhrəsini verərək bir milyona yaxın insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edibdir.
Muxtelif
Menalı Statuslar 2-ci Hisse

Menalı Statuslar 2-ci Hisse...

Muxtelif
Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi

Dövlət İmtahan Mərkəzi tanınmış...

Muxtelif
Ağcaqanadlar bu qan qrupu olanları daha tez-tez dişləyir

Ağcaqanadlar bu qan qrupu olanları...

Muxtelif
Dünya liderlərinin son sözləri

Dünya liderlərinin son sözləri...

Muxtelif
Üzüm yarpağı çayının faydaları

Üzüm yarpağı çayının faydaları...

Muxtelif
TikTok məşhurundan İsrail iddiası: "Pul təklif etdilər"

TikTok məşhurundan İsrail iddiası:...

Комментарии (0)