11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bir qrup jurnalist mükafatlandırılacaq

Bir qrup jurnalist mükafatlandırılacaq

Azərbaycan Jurnalistlər Birliyinin katibliyi ölkə mətbuatında teleradioda, eləcə də, elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup jurnalisti 2024-cü il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif etmişdir.

Müsəllim Həsənov (İctimai Televiziya) "XX yüzillik, faktlar, hadisələr, insanlar" televiziya layihəsinə, Zöhrə Əliyeva ("MədəniyyətCulture" jurnalı") çağdaş mədəniyyətimizə həsr edilən müəllif yazılarına, Nadir Məmmədli (AMEA Nəsimi adına Dilçilik İnstitutu) mətbuatda ana dlinin problemləri ilə bağlı aktual yazı və çıxışlarına görə Həsən bəy Zərdabi mükafatı ilə təltif edilmişlər.

Mükafata layiq görülənlər arasında regionda aparılan böyük quruculuq işlərindən bəhs edilən məqalələrinə görə AJB Şərqi Zəngəzur təşkilatının sədri Qafqaz Əvəzoğlu, "On yeddi illik mücadilə. Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)" və "Erməni terroru və Qriqoriyan kilsəsi" kitablarının müəllifi, "Xalq qəzeti" nin əməkdaşı, "1875.az" xəbər portalının baş redaktoru Anar Turan, mətbuatda ölkənin ictimai-siyasi həyatının mühüm aspektlərini işıqlandıran yazılarına görə "Yeni Müsavat" Media Qrupun əməkdaşı Elşad Paşasoy da var.

Həsən bəy Zərdabi mükafatlarının təqdimat mərasimi 19 iyul saat 13-00-da Atatürk Mərkəzində keçiriləcək.


Muxtelif
Bərdədə keçmiş məhkum narkotiklə tutuldu

Bərdədə keçmiş məhkum narkotiklə...

Muxtelif
Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb...

Muxtelif
Azərbaycan poçt indeksləri

Azərbaycan poçt indeksləri...

Muxtelif
Facebook - Səhifə URL dəyişdirmə

Facebook - Səhifə URL dəyişdirmə...

Muxtelif
ABŞ və Rusiyanı cəmi dörd kilometr ayırır - MARAQLI FAKT

ABŞ və Rusiyanı cəmi dörd kilometr...

Muxtelif
Azərbaycan polisi qış geyiminə keçdi

Azərbaycan polisi qış geyiminə keçdi...

Комментарии (0)