11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR

Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR
Bu marşrutların hərəkət istiqamətləri DƏYİŞDİRİLİR


Oktyabrın 25-26-da Bakı şəhərində "Qoşulmama Hərəkatı"na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə görə 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

Bu barədə MAY.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

5 nömrəli marşrut 20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə, "N.Nərimanov" metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi üzrə hərəkət edəcək.

11 nömrəli marşrut isə S.Rəhimov küçəsi ("28 May" metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə, Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə hərəkət edəcək .
Eyni zamanda, tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcəkdir. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

"Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki,bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər", - qurum bəyan edib.
Muxtelif
Menalı Statuslar 2-ci Hisse

Menalı Statuslar 2-ci Hisse...

Muxtelif
Dövlət İmtahan Mərkəzi tanınmış şirkəti məhkəməyə verdi

Dövlət İmtahan Mərkəzi tanınmış...

Muxtelif
Ağcaqanadlar bu qan qrupu olanları daha tez-tez dişləyir

Ağcaqanadlar bu qan qrupu olanları...

Muxtelif
Dünya liderlərinin son sözləri

Dünya liderlərinin son sözləri...

Muxtelif
Üzüm yarpağı çayının faydaları

Üzüm yarpağı çayının faydaları...

Muxtelif
TikTok məşhurundan İsrail iddiası: "Pul təklif etdilər"

TikTok məşhurundan İsrail iddiası:...

Комментарии (0)