11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bir otaq istəyirəm..

Bir otaq istəyirəm..
Bir otaq istəyirəm..


Bir otaq isteyirem
Bir otaq istəyirəm
Özümdən küsəndə orda gizlənib, hönkürtüylə ağlaya bilmək üçün.

Bir otaq istəyirəm,
Səs-küydən qaçıb, divarlarında sığınacaq tapmaq üçün.

Günəşin yalançı şüalarının, küləyin xain nəfəsinin,
Yağışın kirli damcılarının sızıla bilməyəcəyi bir otaq olsun.

Divarları möhkəm olsun -
Heç bir həşərat daxil ola bilməsin deyə.

Qapısı möhkəm olsun -
Həşəratlardan daha qorxunc olan insanlar aça bilməsin deyə.
O mənə sadiq olsun, mən də ona.

Bir otaq istəyirəm,
Məni bu vəhşi dünyadan ayırsın, qoruya bilsin.
Mən də heç vaxt onu tərk etməyim.

Bir otaq istəyirəm,
Qoynunda rahatlığa qovuşum, köks dolusu nəfəs alıb uzaq xəyallara dalım.

Bir otaq istəyirəm,
İçində uzanıb elə hey düşünüb fikirləşə bilim.
Heç kim mənə qarışmasın, heç kim narahat etməsin.
Heç kim özünü sevdirib daha sonra tərk etməsin…

Bir otaq istəyirəm,
Nə lüks olsun, nə bahalı.
Hündürlüyü boyum qədər, eni mənim enim qədər.

Bir otaq istəyirəm
Üstünə lay-lay torpaq tökülsün
Sonra otlar bassın üzərini
Və itsin digər otaqlar arasında.
Muxtelif
Bərdədə keçmiş məhkum narkotiklə tutuldu

Bərdədə keçmiş məhkum narkotiklə...

Muxtelif
Xəzərdə suyun səviyyəsi 18 sm azalıb

Xəzərdə suyun səviyyəsi 18 sm azalıb...

Muxtelif
Azərbaycan poçt indeksləri

Azərbaycan poçt indeksləri...

Muxtelif
Facebook - Səhifə URL dəyişdirmə

Facebook - Səhifə URL dəyişdirmə...

Muxtelif
ABŞ və Rusiyanı cəmi dörd kilometr ayırır - MARAQLI FAKT

ABŞ və Rusiyanı cəmi dörd kilometr...

Muxtelif
Azərbaycan polisi qış geyiminə keçdi

Azərbaycan polisi qış geyiminə keçdi...

Комментарии (0)