TikTok-un məşhuru Qay Kristensen İsrail-Fələstin müharibəsində İsrailə dəstək olmaq üçün ona pul təklif edildiyini iddia edib.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Məşhur sosial media platforması TikTok-da məşhur olan amerikalı Qay Kristensen İsraili dəstəkləmək üçün ona pul təklif edən sionist təşkilat tərəfindən göndərildiyini iddia etdiyi e-poçtun ekran görüntüsünü paylaşıb.
Kristensen e-poçtda İsrailə dəstək "vəd etmək" üçün ona 5000 dollar təklif edildiyini iddia edib. 3 milyona yaxın izləyicisi olan və Fələstini dəstəklədiyini bəyan edən Kristensenə göndərilən elektron məktubda onun "dəli itlərin" yalanlarına aldandığı bildirilib.
E-poçtu ekran görüntüsü ilə paylaşan Kristensen Fələstin məsələsinə dəstəyini bir daha təkrarladı və fikirlərini dəyişdirmək üçün bu açıq cəhdi "tamamilə iyrənc" adlandırıb.