DataLife Engine / Saxta siqaret satan azərbaycanlılar saxlanıldı - Ölkədən qovulacaqlar

Saxta siqaret satan azərbaycanlılar saxlanıldı - Ölkədən qovulacaqlar

Rusiyanın Moskva vilayətinin Ximki şəhərində təhlükəsizlik qüvvələri saxta tütün məmulatları və "elektron siqaret" satışı ilə məşğul olan bir qrup azərbaycanlını yaxalayıb.


Lent.az yerli KİV-ə istinadla bildirir ki, müştərilər sosial şəbəkələrdə saxta mallardan və satıcıların pis davranışından şikayətləniblər.


Saxlanılanların Rusiyada qeyri-qanuni yaşadıqları müəyyənləşib və ölkədən çıxarılmaları gözlənilir. Saxta mallar götürülüb və cinayət işinin başlanacağı ehtimal olunur.

24-02-2024, 19:57
Вернуться назад