DataLife Engine / Qadınları aborta məcbur edən şəxslər və ailələr HƏBS EDİLSİN

Qadınları aborta məcbur edən şəxslər və ailələr HƏBS EDİLSİN

Bildiyimiz kimi, Azərbaycanda abortların sayı artıb. Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb. Abort tibbi yolla hamilələyin sonlandırılmasıdır. Ailələr arasında qadınları aborta məcbur edənlərlərin sayı deyil. Uşağın cinsiyyəti məlum olduqdan sonra bir çox qadın yoldaşının yaxud onun ailəsi tərəfindən aborta məcbur edilir. Bu gün heç bir qadın öz övladının həyatına son vermək istəməz.

Ümumiyyətlə, abort istəyə bağlı tibbi prosedurdur. Heç bir qadın icazəsi olmadığı halda aborta məcbur edilə bilməz. Bu baxımdan ananı aborta məcbur edən şəxslər qanunvericiliklə cəzalandırılmalıdır. Məsələn: Türkiyə qanunvericiliyində ana bətnində olan uşağı salan hər kəs beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin qanunvericilikdə birbaşa abortla bağlı qanun yoxdur. Bu kimi boşluqlar bizim ölkəmizdə də mövcuddur. Azərbaycanda ananı aborta məcbur edən şəxslər məsuliyyətə cəlb edilə bilər?

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, abortların sayının getdikcə artması gələcəkdə yaranacaq bir çox fəlakətlərdən xəbər verir:

"Qadınların abort etdirməsi dinimizlə belə qadağandır. Hüquqi baxımından heç kim ananı abort etməyə məcbur edə bilməz. Qanunvericiliklə bu istiqamətdə sərtləşdirmələr tətbiq edilməlidir və mən bunu məqbul sayıram. İlk olaraq, qadının aborta müraciəti zamanı məcburetmə faktları araşdırılmalıdır. Bunun əsasında qanunvericilikdə dəyişiklik edilə bilər. Kimliyindən asılı olmayaraq bir ananı aborta məcbur edən şəxs məsuliyyətə cəlb olunmalı və həbs olunmalıdır. Azərbaycanda uşaqların sayı azalır. Gələcəkdə demoqrafik vəziyyət daha da pisləşə bilər. Bununla əlaqədar artıq ciddi addımlar atılmalıdır".

Qeyd edək ki, aborta müraciət edənlərin əksəriyyəti evlilikdən kənar olan, planlaşdırılmamış hamiləliklərdir. Müraciət edənlərin yaş həddi isə 20-40 arasında olur.



21-06-2024, 12:21
Вернуться назад