DataLife Engine / Heç kim deməsə də onların XƏBƏRİ VAR: "Simpsonlar" meymun çiçəyini də BİLDİ - FOTO

Heç kim deməsə də onların XƏBƏRİ VAR: "Simpsonlar" meymun çiçəyini də BİLDİ - FOTO

"Simpsonlar"ın Ümumdünya Səhiyyə Təşkilatının qlobal fövqəladə vəziyyət elan etdiyi "Meymun çiçəyi" ilə bağlı verdiyi proznoz yenə gündəm olub.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Covid-19 pandemiyasından sonra, indi "Meymun çiçəyi" virusu ilə bağlı həyəcan siqnalı verilib. ÜST-ün qlobal həyəcan təbili çaldığı virus Avropada yayılmağa başlayıb.

Sözügedən xəstəliyin yayıldığı bir vaxtda proqnozları ilə məşhur olan "Simpsonlar cizgi filmi tərəfindən yeni bir iddia ortaya atılıb. İddialara görə, Livan partlayışı, Trampın namizədliyi və Covid-19 pandemiyası kimi hadisələri daha əvvəl düzgün proqnozlaşdıran "Simpsonlar" "Meymun çiçəyi" virusundan xəbərdar olub.

Cizgi filmin 7-ci mövsümünün 3-cü bölümündə həmin xəstəlik ilə bağlı kadrlar mövcuddur. Filmdə personajlar meymunla oynadıqdan sonra bu virusa yoluxublar. Başqa bir bölümdə isə personajlardan olan Homer meymunu sahibləndikdən sonra xəstəliyə yoluxur.

Həmin fotonu oxuculara təqdim edirik:

Heç kim deməsə də onların XƏBƏRİ VAR: "Simpsonlar" meymun çiçəyini də BİLDİ - FOTO

16-08-2024, 11:39
Вернуться назад