DataLife Engine / "INMerge" İnnovasiya sammitinə bir ay qaldı!

"INMerge" İnnovasiya sammitinə bir ay qaldı!

10-11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda baş tutacaq "INMerge" İnnovasiya Sammitində müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında "Fintech", telekommunikasiya, E-ticarət, süni intellekt, marketinq, "Insurtech" kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, "yeni iqtisadiyyat" vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Sammit zamanı həyata keçiriləcək startaplar müsabiqəsi 25 000 dollar mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də "PAŞA Holding" tərəfindən əlavə 200 000 dollaradək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə "YouTube"un həmtəsisçisi Steve Chen, "Amazon"un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcəklər.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.


12-09-2024, 13:10
Вернуться назад