09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Baş Prokurorluqdan koronavirusla bağlı yayılan şayiələrə REAKSİYA

Baş Prokurorluqdan koronavirusla bağlı yayılan şayiələrə REAKSİYA
Baş Prokurorluqdan koronavirusla bağlı yayılan şayiələrə REAKSİYA


Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov koronavirusla bağlı "ASAN Radio"ya müsahibə verib.

"Yeni Sabah" ın xəbərinə görə, Eldar Sultanov son günlər həqiqəti əks etdirməyən, cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayıldığını bildirib:

"Müzakirəsinə qatıldığım məsələ miqyasına görə nəinki ölkə vətəndaşlarını bütövlükdə dünya ictimayyətinin maraq dairəsində olan narahatlıqdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən TƏBİB, Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə qeyd edilən virusun yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər barədə, eləcə də virusa yoluxmuş və karantinə alınmış şəxslərin sayı, onların müalicəsi və görülmüş digər tədbirlər barədə mütəmadi olaraq ictimayətə məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı sosial şəbəkə istifadəçiləri tərəfindən Daxili İşlər Nazirliyi və Baş Prokrorluğun xəbərdarlıqlarından nəticə çıxarmayaraq, həqiqəti əks etdirməyən və cəmiyətdə süni ajiotaj yaratmağa hesablanmış şayiələr yayılır".
Baş Prokurorluğun rəsmisi əlavə olaraq bildirmişdir ki: "İctimaiyyətdə yalnış fikir formalaşdırması məqsədi güdən və qəsdən bu kateqoriyadan olan informasiyaların yayılmasını həyata keçirən KİV-lər, o cümlədən sosial şəbəkə istifadəçilərini bir daha xəbərdar edirik ki, gələcəkdə bu qəbildən olan qanunazidd hərəkətlərini davam etdirəcəkləri təqdirdə, barələrində cinayət məsuliyyəti də daxil olmaqla, ən ciddi qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".

Yanlış fikrin formalaşmasına xidmət edən məlumatları yayan şəxslərin cəzalandırılması ilə bağlı məlumat verən Eldar Sultanov əlavə etmişdir ki: "Bəzi KİV-lər və sosial şəbəkələrdə cəmiyyətdə süni ajotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən bir neçə gün əvvəl guya koronavirusa yoluxmuş şəxsin xəstəxanada vəfat etməsi ilə bağlı bir səsyazısı yayılmışdır. İctimaiyyətdə yanlış fikrin formalaşmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən dərhal təkzib olunmuşdur. Eyni zamanda aparılmış araşdırmalarla həmin şəxsin xəstəxanada ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi müəyyən olunmuş və bu barədə ictimaiyyətə məlumat verilməklə həmin məlumatı yayan KİV-lərə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq rəsmi xəbərdarlıq edilmişdir. Fürsətdən istifadə edərək sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu olaraq vətəndaşlarımızı belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının rəsmi məlumatlarını nəzərə almağa çağırıram".
Sağlam ol
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

Azərbaycanda 717 nəfər koronavirusa...

Sağlam ol
Qarın və beldə yığılan piylərdən xilas edən vitamin. Mənbələr

Qarın və beldə yığılan piylərdən...

Sağlam ol
Dünya müharibəsinin qazisi koronavirusa qalib gəldi

Dünya müharibəsinin qazisi...

Sağlam ol
Koronavirusun mutasiyaya uğradığı araşdırıldı: QORXULU NƏTİCƏ

Koronavirusun mutasiyaya uğradığı...

Sağlam ol
Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu AÇIQLADI

Məşhur alim xərçəng xəstəliyinin...

Sağlam ol
Baş pediatr qripdən danışdı

Baş pediatr qripdən danışdı...

Комментарии (0)