09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Polis vətəndaşları elektron cihazlarla izləyəcək - Daha bir karantin TƏDBİRİ

Polis vətəndaşları elektron cihazlarla izləyəcək - Daha bir karantin TƏDBİRİ
Polis vətəndaşları elektron cihazlarla izləyəcək - Daha bir karantin TƏDBİRİ


"Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o məişət tullantısını tullamağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək".

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.

O bildirib ki, hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək:

"Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.

Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək".

Rəis müavini əlavə edib ki, insanların yaşadıqları evi nə qədər məsafədə tərk etmələri məsələsi ilkin olaraq işlənilib:

"200 metr məsafə nəzərdə tutulub. Ancaq bu son fikir deyil, tam qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".
Sağlam ol
Axşam saat 9-dan tez yatmaq bu xəstəliklərə səbəb olur

Axşam saat 9-dan tez yatmaq bu...

Sağlam ol
Daha bir ölkə koronavirusu məğlub edir - Son 24 saatda...

Daha bir ölkə koronavirusu məğlub...

Sağlam ol
Ömrü uzatmağın və əlillikdən qorunmağın üsulu açıqlandı

Ömrü uzatmağın və əlillikdən...

Sağlam ol
Koronavirusun daha bir əlaməti tapılıb

Koronavirusun daha bir əlaməti...

Sağlam ol
Sarımsaqlı südün 10 İNANILMAZ FAYDASI - VİDEO

Sarımsaqlı südün 10 İNANILMAZ...

Sağlam ol
COVID-19 sağlam insanı da zədələyə bilir - Pulmonoloqdan XƏBƏRDARLIQ

COVID-19 sağlam insanı da zədələyə...

Комментарии (0)