09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Türkiyədən gələn 19 həkimin görəcəyi işlər açıqlanıb

Türkiyədən gələn 19 həkimin görəcəyi işlər açıqlanıb
Türkiyədən gələn 19 həkimin görəcəyi işlər açıqlanıb


Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir.

MAY.AZ xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcəyini bildirib.

O qeyd edib ki, layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılmasıilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur.

Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Qeyd edək ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər.

Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından,təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Hər komanda növbəti xəstəxanada fəaliyyətə başlamazdan öncə cari xəstəxanadakı heyətə sistemi idarəetmə məsuliyyətini təhvil verəcək.

Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək və bu platforma vasitəsilə onlar təlimlərvə təqdimatlar, mentorlardan video dərslər və statistik məlumatlar əldə edə biləcəklər.
Sağlam ol
Ən sağlam hesab olunan düyü növləri

Ən sağlam hesab olunan düyü növləri...

Sağlam ol
Hamilə qadınlar qəbiristanlığa getməsin! - QƏRİBƏ İNANCLAR

Hamilə qadınlar qəbiristanlığa...

Sağlam ol
Dişləri qorumaq üçün edilməməsi gərəkənlər

Dişləri qorumaq üçün edilməməsi...

Sağlam ol
Boyunda çıxan sızanaqlardan necə xilas olmalı?

Boyunda çıxan sızanaqlardan necə...

Sağlam ol
Hər gün bir qaşıq sarımsaqlı bal yesəniz... - MÖCÜZƏVİ TƏSİR

Hər gün bir qaşıq sarımsaqlı bal...

Sağlam ol
Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

Azərbaycanda koronavirus: Hansı...

Комментарии (0)