09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist

Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist
Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist


“Yumşalmalar insanlarda virusun tamamilə yox olması düşüncəsinə səbəb olur. Amma bu, reallıqda belə deyil. Görürük ki, yumşalmalar sonrası bir müddət dalğalanma olur və yoluxmada artım müşahidə olunur. Yumşalma olsa da, olmasa da insanlar sosial məsafəni gözləməli, maskadan istifadə etməli və əl gigiyenasına əməl etməlidir”.

Bu fikirləri Publika.az-a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O qeyd edib ki, bu qaydalara riayət etmədiyimiz müddət ərzində virusu nəzarət altına almaq mümkün olmayacaq və yoluxma sayı azalmayacaq: “Pandemiyanın nə qədər müddət davam edəcəyi haqqında dəqiq fikirlər yoxdur, fərqli fikirlər səsləndirilir. Bunun tək yolu qorunmaqdır. Hər yer açılsa belə, biz bu qaydalara mütləq şəkildə əməl etməliyik. Belə olduğu halda yoluxmalar yalnız çox az arta bilər. Payız və qış fəslində respirator xəstəliklər baş qaldırır. Bu zaman risk daha da artır. Sadaladığım qorunma tədbirləri insanları digər respirator xəstəliklərdən də qoruyacaq. Dəfələrlə demək lazım olsa da bu, bizi tənəffüs yolu ilə yoluxan bütün xəstəliklərdən qoruyacaq. Hətta əl yumaq bütün infeksion xəstəliklərin 50 faizindən qoruyur”.

F.Sədirovun sözlərinə görə, istər qış, istərsə də yay fəslində qaydalara əməl edəcəyimiz təqdirdə virus artmayacaq və getdikcə kollektiv immunitet formalaşacaq: “Qışda yoluxmanın artma ehtimalı yüksəkdir. Çünki koronavirus yüksək temperaturda inaktivasiya olmayan virus tiplərindəndir. Səudiyyə Ərəbistanında və Afrika ölkələrində də pandemiya var. Güclü isti hava belə virusu azaltmır. Soyuğun təsiri ilə də virus artmır. Əslində, havalar soyuduqca insanlar qapalı məkanlarda daha çox vaxt keçirməyə başlayacaqlar. Belə olduqda isə yoluxma ehtimalı artacaq. Virusun özünün aktivliyi deyil, insanlar arasındakı məsafə azaldığı üçün yoluxmanın artma ehtimalı yüksəkdir. Məsafənin gözlənilməsi hələ ki, çıxış yoludur. Peyvəndlərlə bağlı danışıqlar aparılır, tədqiqatlar hələ tam olaraq tamamlanmayıb. Peyvənd tam şəkildə ölkədə tətbiq olunana qədər bundan başqa yolumuz yoxdur”.
Sağlam ol
Beyin hüceyrələrini məhv edən səbəblər

Beyin hüceyrələrini məhv edən...

Sağlam ol
Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI...

Sağlam ol
Viruslardan qorunmaq üçün QAYDALAR

Viruslardan qorunmaq üçün QAYDALAR...

Sağlam ol
Dırnaqlarınız laylanıb qırılırsa, bu xəstəliklərdən şübhələnin

Dırnaqlarınız laylanıb qırılırsa,...

Sağlam ol
Yüksək təzyiq riskini 65% azaldan içki AÇIQLANDI

Yüksək təzyiq riskini 65% azaldan...

Sağlam ol
Bu qidalar qəbizlikdən xilas edir

Bu qidalar qəbizlikdən xilas edir...

Комментарии (0)