09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib

Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib
Şəkidə koronavirusla əlaqədar növbəti reyd keçirilib


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə, xüsusilə də əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktik reydləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən reyd zamanı mağazalarda, eləcə də digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlanıb və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Daha sonra reyd ictimai nəqliyyatda da davam etdirilib. Sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparılıb, virusun yayılmasının qarşısının alınması üçün tələblərə riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Rayon ərazisində sakinlər tərəfindən karantin qaydalarına riayət olunması məqsədilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Sağlam ol
6 aylıq körpə koronavirusa yoluxdu

6 aylıq körpə koronavirusa yoluxdu...

Sağlam ol
Reyhanın bilmədiyimiz 9 FAYDASI

Reyhanın bilmədiyimiz 9 FAYDASI...

Sağlam ol
İİV-infeksiyasının diaqnostikası

İİV-infeksiyasının diaqnostikası...

Sağlam ol
İnanılmaz resept: Limon, duz, istiot... - 9 xəstəliyin dərmanı - VİDEO

İnanılmaz resept: Limon, duz,...

Sağlam ol
Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?

Peyvənddən nə qədər sonra hamilə...

Sağlam ol
Coca-Cola-nın tərkibi haqqında araşdırma - Biz nə içirik?

Coca-Cola-nın tərkibi haqqında...

Комментарии (0)