09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi? - Professordan CAVAB

Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi? - Professordan CAVAB
Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi? - Professordan CAVAB


Qış dövrünün gəlməsi ilə maska taxılmasına görə, bəzi suallar da gündəm olmağa başlayır. Yağışlı, qarlı havalarda nəmlənən tibbi maskaların virusdan qoruyub qorumayacağı da bunlardan biridir.

MAY.AZ lent.az-a istinadən məlumat verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Professor Mehmet Ceyhan bu barədə önəmli açıqlamalar verib:

- "Maskalar müəyyən mikroskopik deşikləri olan bir quruluşdur. Maska islanırsa, bu mikroskopik deşiklər böyüyür, bəzi yerlərdə iplər bir-birinə yapışır" .

Nəfəs aldığımız zaman maskanın nəmləndiyini deyən professor Mehmet Ceyhan bunları da deyib:

"Yağış və ya nəm səbəbiylə maskalar xaricdən islanırsa, öz ​​xüsusiyyətlərini itirirlər. Ancaq bu hal parçadan hazırlanan maskalarda meydana gəlsə, qurudulub yenidən istifadə edilə bilər. Lakin cərrahi maskalardan istifadə edilməməlidir ".

Professor qeyd edib ki, maskalar, müəyyən mikroskopik deşikləri olan quruluşlardır. Maska islanırsa, bu mikroskopik dəliklər böyüyür və bu da damcıların oradan girməsinə imkan yaradır:

"Hər halda, bu maskalar virusun keçiriciliyini azaldacaq və daxil olmasının qarşısını alacaq bir quruluşda deyil. Çünki viruslar bu dəliklərdən qat-qat kiçikdir. Ancaq virus ağızdan tək hava ilə deyil, damcı şəklində çıxdığından bu maskalar damcıları tuta bilər. Yağışdan islandıqda isə bu xüsusiyyətini itirir. Buna görə də maskanı islatmamağa çalışmaq lazımdır".

Standart cərrahi maskaların maksimum istifadə müddətinin 4 saat olduğunu qeyd edən Mehmet Ceyhan bunları da söyləyib:

"Əgər insan maskanı islatmadan düzgün saxlaya bilirsə, məsələn əllə toxunmayacaq bir yerə və ya plastik bir torbaya qoyarsa, 4 saat daha istifadə edə bilər. Səhər geyindiyiniz maska ​ islanmadığı müddətdə, axşama qədər insanı idarə edə bilər, amma ertəsi gün bu maskalardan istifadə etməməlisiniz. Parçadan maskaları da yuyub sonra qurudub bu şəkildə istifadə edə bilərsiniz. Bizim həkimlərin istifadə etdiyi N-95 maskaları da var. Bu maskaları axşam ultrabənövşəyi şüalar altında saxlayaraq 5 günə qədər istifadə edə bilərik. Ancaq vətəndaşların belə bir fürsəti olmadığından uzun müddət istifadə edə bilməzlər. İnsanların normal istifadə etdiyi maskaların 1 günlük olduğunu unutmamalıdırlar" .
Sağlam ol
6 aylıq körpə koronavirusa yoluxdu

6 aylıq körpə koronavirusa yoluxdu...

Sağlam ol
Reyhanın bilmədiyimiz 9 FAYDASI

Reyhanın bilmədiyimiz 9 FAYDASI...

Sağlam ol
İİV-infeksiyasının diaqnostikası

İİV-infeksiyasının diaqnostikası...

Sağlam ol
İnanılmaz resept: Limon, duz, istiot... - 9 xəstəliyin dərmanı - VİDEO

İnanılmaz resept: Limon, duz,...

Sağlam ol
Peyvənddən nə qədər sonra hamilə qalmaq olar?

Peyvənddən nə qədər sonra hamilə...

Sağlam ol
Coca-Cola-nın tərkibi haqqında araşdırma - Biz nə içirik?

Coca-Cola-nın tərkibi haqqında...

Комментарии (0)