09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Baş infeksionistdən XƏBƏRDARLIQ: "Bu, yoluxmanı artıracaq"

Baş infeksionistdən XƏBƏRDARLIQ: "Bu, yoluxmanı artıracaq"
Əyani tədrisin bərpa olunması insanlar arasında təmasları xeyli artırıb. Belə bir şəraitdə hava-damcı infeksiyalarının yayılması üçün münbit şərait yaranır. İnsanlar arasında təmaslar təkcə təhsil müəssisələrində deyil, eyni zamanda kənarda da artıb. Bu, xüsusən iri şəhərlərdə daha qabarıq gözə çarpır.
Bu sözləri Publika.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis bildirib ki, havaların soyuması da yoluxmaların sayına təsir edəcək:
"Digər faktoru da unutmaq olmaz. Bu, fəsil dəyişməsi, havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanmasıdır. Beləliklə, narahatlığımız əsassız deyil. Hazırda əhali tərəfindən qoruyucu qaydalara düzgün və kütləvi əməl olunması çox önəm daşıyır. Təhsilin pandemiya dövründə aparılması qaydaları ciddi gözlənilməlidir. Müəllim heyətinin və tələbələrin vaksinasiya olunması yoluxma hallarının artmasını əngəlləyəcək əsas faktordur. Məktəblilər və tələbələr arasında koronaviruslu xəstələr aşkarlandıqda təhsil müəssisəsində yoluxma hallarının sayından və əhatəsindən asılı olaraq bir çox hallarda tam bağlanmaya getmədən ayrı-ayrı şagird və ya tələbəni, qrupu və s. təcrid etməklə prosesi nəzarətdə saxlamaq mümkündür. Ölkəmizdə vaksinasiya prosesi davam edir, onun həyatımıza pozitiv təsirləri göz qabağındadır, lakin biz hələ ki, qoyulan hədəflərə çatmamışıq".
Sağlam ol
Azərbaycanda bu tarixdə karantin sərtləşdirilə bilər - RƏSMİ + VİDEO

Azərbaycanda bu tarixdə karantin...

Sağlam ol
Koronavirus süni yolla yayılıb? - İrandan şok açıqlama

Koronavirus süni yolla yayılıb? -...

Sağlam ol
Qulaqlıqlar sağlamlıq üçün nə qədər təhlükəlidir?

Qulaqlıqlar sağlamlıq üçün nə qədər...

Sağlam ol
Baş pediatr qripdən danışdı

Baş pediatr qripdən danışdı...

Sağlam ol
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gəldi, on dəqiqə sonra uşaq dünyaya gətirdi

Qarın ağrısı şikayəti ilə...

Sağlam ol
Qan qruplarına görə pəhriz qadının həyatını 4 həftəyə dəyişdi

Qan qruplarına görə pəhriz qadının...

Комментарии (0)